ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
17 Dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günüdür.
“Cebheinfo.az” xəbər verir ki, TƏBİB-in “Peşə günləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar əməkdaşlar üçün tibbi müayinələr təşkil olunub.
TƏBİB-in təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyilə baş tutan layihə çərçivəsində əməkdaşlar laborator və diaqnostik müayinələrdən keçib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş tutan tibbi müayinələr zamanı ixtisaslı tibbi xidmətə ehtiyacı olan əməkdaşların müvafiq tibb müəssisələrinə göndərişi təmin olunub.
Qeyd edək ki, “Peşə günləri” layihəsinin məqsədi peşə sahiblərinin sağlamlığının qorunması, onların əmək fəaliyyəti nəticəsində yaranan xəstəliklərin erkən aşkarlanması və profilaktikasının gücləndirilməsidir.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.