AZ

Hər kim yüz il yaşamasa... Günün şeiri

Kulis.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Xalq şairi Osman Sarıvəllinin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Günah onun özündədir" şeirini təqdim edir.

Dostum, incə barmaqların

Sədəflərin üzündədir.

Mənim meylim bir sazında,

Bir də şirin sözündədir.

Dahi yazıçının bayağı süjeti - Fəxri Uğurlu

Postmodern poeziyanın ən kədərli sızıltısı - Xoşbəxt olmaq istəyənlər üçün yazılan kitab haqqında

Ana dilini qorumaq üçün nə edirik? - ARAŞDIRMA

Qarayazı meşəsində,

Cavan ovçu həvəsində,

Qulağın maral səsində,

Gözün ceyran izindədir.

Tarixi var hər daşın da,

Tərlanın on beş yaşında,

Bəzən qarlı dağ başında,

Bəzən Muğan düzündədir.

Baxan kimi sərraf gözün,

Təmtəraqlı yalan sözün

Canı yoxdur, dedin özün,

Məna sözün düzündədir.

Zaya getməz alın tərin,

Bir gün bitər şah əsərin,

Arzuların, diləklərin

Hələ sənin gözündədir.

Söz şairin ürəyində,

Zor binanın dirəyində,

Güc pələngin biləyində,

Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,

Yetmişində batma yasa,

Hər kim yüz il yaşamasa

Günah onun özündədir.

Dahi yazıçının bayağı süjeti - Fəxri Uğurlu

Postmodern poeziyanın ən kədərli sızıltısı - Xoşbəxt olmaq istəyənlər üçün yazılan kitab haqqında

Ana dilini qorumaq üçün nə edirik? - ARAŞDIRMA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
100
kulis.az

1Mənbələr