Bakı.Trend:
Kənd Təsərrüfatı Nazirliyinin süni intellektin aqrar sektordatətbiqi ilə bağlı təşəbbüsləri də böyük maraq doğurur və bu sahədəatılan addımların uğurlu nəticələr verəcəyi şübhəsizdir. Butəşəbbüslər gələcəkdə aqrar sektorun davamlı inkişafına mühüm töhfəverəcəkdir.
Trend xəbərverir ki, bu fikirləri bu gün Azərbaycan Respublikası MilliMəclisinin deputatı, Aqrar
siyasət komitəsinin sədri Tahir Rzayev aqrar biznes festivallarınahəsr olunan yekun tədbirdə səsləndirib.
O bildirib ki, aqrar sahəyə investisiyaların cəlb edilməsi, yeniməhsulların daxili və xarici bazarlara çıxışının genişləndirilməsi,fermer və sahibkarlar arasında işgüzar əlaqələrinmöhkəmləndirilməsi bu tədbirlərin əsas məqsədlərindən biridir vəyüksək qiymətləndirilməlidir:
“Bu gün fermerlərin innovativ yanaşmalara və müasirtexnologiyalara çıxışının təmin edilməsi, sahibkarların yüksəkməhsuldarlığa nail olmaları və bazar əlaqələrinin gücləndirilməsidövrün əsas tələblərindəndir. Yerli istehsalçıların yüksəkkeyfiyyətli məhsullarının və praktiki təcrübələrinin genişauditoriyaya təqdim olunması, özəl toxumçuluğun inkişafperspektivləri, eləcə də toxum subsidiyalarının verilməsi üzrədövlət dəstəyi haqqında əhalinin məlumatlandırılması qarşıyaqoyulan əsas hədəflər sırasındadır”.
Deputat qeyd edib ki, fermer istifadə etdiyi resursların,istehsal etdiyi məhsulun maya dəyərinin və satış qiymətininhesablanmasını dəqiq bilməli, gəlir əldə etməyin yollarını düzgünmüəyyən etməlidir.
“Bunun üçün onlara elmi əsaslara söykənən faktlar, məlumatlar vəpraktiki tövsiyələr təqdim edilməlidir. Müasir texnologiyaların vəqabaqcıl metodların aqrar sahədə yaratdığı müsbət nəticələraraşdırılmalı və aydın şəkildə izah olunmalıdır”,-deyə o əlavəedib.