AZ

Türkiyənin Mərmərə dənizi sahildən 20 metr geri çəkilib

Türkiyənin

Türkiyədə Mərmərə dənizi qəfildən sahildən təxminən 20 metr geri çəkilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə dekabrın 16-da "Haberturk" televiziya kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hadisə Türkiyənin qərbindəki Tekirdağ əyalətinin Mərmərə Ereglisi bölgəsində baş verib. Bu, yerli sakinlər arasında narahatlığa səbəb olub.

Telekanal suyun çəkildiyi yerlərdə qum adalarının əmələ gəldiyini və dayaz suda quruya çıxan bir neçə qayığın göründüyünü qeyd edir.

Bu fenomenin səbəbləri barədə məlumat verilmir.

Məryəm Quliyeva

Seçilən
100
xalqcebhesi.az

1Mənbələr