ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
106-cı doğum gününü qeyd edən britaniyalı bir qadın uzunömürlülüyün iki sadə sirrini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Woking News” qəzeti məlumat yayıb.
Con Klark adlı xanım 3 dekabr 1919-cu ildə Şeffilddə anadan olub:
“Uşaq ikən o, valideynləri ilə birlikdə Hindistanda və Misirdə yaşayıb. 1941-ci ildə Klark evlənib, iki uşaq anasıdır. İkinci Dünya Müharibəsi zamanı o, sursat fabrikində, daha sonra satıcı kimi çalışıb və son illərdə Uokinqdəki qocalar evində yaşayıb.
Klark uzunömürlülüyünün səbəbini həyata müsbət baxışı ilə əlaqələndirir. “Nəyin çatışmadığını yox, sahib olduğunuz şeyləri düşünün”, – deyə o bildirib.
Britaniyalı qadın, həmçinin uzunömürlülüyün digər sirləri kimi xeyirxahlığı və xoşbəxtliyi də qeyd edib”.
Günel Cəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.