Bakı. Trend:
Polşa prezidenti Karol Navrotski artıq neçə həftələrdir ki,telefon zənglərimə cavab vermir.
Trend xəbər verirki, bu barədə Polşanın baş naziri Donald Tusk yerli telekanalamüsahibəsində bildirib.
“O artıq uzun həftələrdir ki, telefona yaxın durmur. Xaricisiyasət məsələsinə gəlincə, mən həqiqətən prezidentlə sıxəməkdaşlıq üçün müəyyən cəhdlər etdim, amma artıq neçə həftədir ki,buna heç bir reaksiya yoxdur, üstəlik telefon zənglərinə də məhəlqoymur”, - baş nazir vurğulayıb.
Tuskun sözlərinə görə, əvvəllər prezidentlə münasibətləri heç dəpis olmayıb.
“Ən azından prezident SMS-lərə və ya telefon zənglərinə cavabverirdi”, – deyə hökumət başçısı xatırladıb.
Karol Navrotski avqustun 6-da Polşanın prezidenti olub. Həminvaxtdan etibarən onun baş nazir ilə münaqişəsi inkişaf etməyəbaşlayıb. Artıq avqust ayında Tusk yeni prezidentə və onuntəşəbbüslərinə münasibətdə “amansız olacağını” vəd edib. Noyabrdaisə Navrotski Tusku “1989-cu ildən sonra Polşa tarixində ən pis başnazir” adlandırıb.