AZ

“Diplomatiya Aləmi”nin xüsusi buraxılışında Azərbaycanın COP29 sədrliyinin qlobal iqlim diplomatiyasına töhfələri əks olunub

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycanın COP29 sədrliyinə həsr olun “Diplomatiya Aləmi” jurnalının növbəti xüsusi buraxılışında çox mühüm məlumatlar, eləcə də Azərbaycanın son iki il ərzində yaratdığı irs haqqında faydalı materiallar əks olunub.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın COP29 sədrliyinin nümayəndəsi, Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi vəzifəsini icra edən Şahin Şahyarov “Diplomatiya Aləmi” jurnalının 61/2025 saylı növbəti xüsusi buraxılışının təqdimat mərasimində deyib.

O qeyd edib ki, nəşrdə, həmçinin Azərbaycan Respublikasının COP29 sədrliyinin yekunları, ölkəmizin qlobal iqlim diplomatiyasına verdiyi töhfələr, o cümlədən qəbul olunmuş sənədlər və COP29 sədrliyinin fəaliyyət gündəliyi üzrə irəli sürülən təşəbbüslər, habelə COP üçlüyü formatında fəaliyyəti və COP30 çərçivəsində töhfələri barədə ətraflı məlumat təqdim olunur.

“Biz jurnalın hər bir nəşrində Azərbaycanın müxtəlif məsələlər və mövzular üzrə strateji baxışını, eləcə də beynəlxalq əməkdaşlığa verdiyimiz töhfələri əks etdirməyə çalışırıq”, - deyə Ş.Şahyarov əlavə edib.

Seçilən
122
2
azertag.az

3Mənbələr