Sosial mediada məşhur iranlı bloger Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "Azad İran"ın "Telegram" kanalı yayıb.
Naço bildirib ki, bu sayla Ginnesin Rekordlar Kitabına düşüb və "dünyanın ən nazik beli"nə sahib olduğunu açıqlayıb. O qeyd edib ki, kosmetik prosedurlara sevgilisinin xahişi ilə başlayıb və hazırda hər ay üzünün künclərinə və yanaqlarına 50 kubsantimetr gel vurulur.