AZ

Folklorşünaslıq sahəsində rəqəmsal yanaşmalar və multidisiplinar tədqiqatlar genişləndirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 17 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb, həmçinin cari ildə institutda Miçiqan Universitetinin professoru Duqlas Hartman və Orta Doğu Universitetinin dosenti Dilek Altunun iştirakı ilə “Rəqəmsal savadlılıq və elmi tədqiqatlarda süni intellekt texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair hesabata həsr olunmuş Elmi şuranın iclasında söyləyib.

Direktor qeyd edib ki, rəqəmsal transformasiyalar və Dördüncü Sənaye İnqilabının çağırışlarına müvafiq olaraq, Folklor İnstitutunda multidisiplinar elmi tədqiqatlar aparılıb, “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda dissertasiyanın müdafiəsi əsasında elmlər doktoru diplomu alınıb, “Elektron informasiya mədəniyyəti kontekstində xalq deyimləri” mövzusunda fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. Eyni zamanda, institutun alimləri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platformanın ekspertləri olublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
91
azertag.az

1Mənbələr