Bakı. Trend:
Sudanın Kordofan bölgəsində rəqib hərbi fraksiyalar arasındagedən döyüşlərdə həyata keçirilən dron hücumlarında azı 104 dincsakin həlak olub.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, dron hücumlarında Cənubi Kordofanın Kaloqişəhərində yerləşən uşaq bağçası və xəstəxana da hədəf alınıb.Burada 89 nəfər, o cümlədən 43 uşaq və 8 qadın həlak olub.
BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkdöyüşlərin daha da intensivləşməsindən “dərin narahatlıq”keçirdiyini bildirib və tibbi müəssisələrin hədəfə alınmasınınbeynəlxalq humanitar hüququ pozduğunu vurğulayıb.
Mərkəzi bölgədə silahlı toqquşmalar Çevik Dəstək Qüvvələrinin(RSF) Babnusa şəhərindəki strateji əhəmiyyətli hərbi bazanı ələkeçirməsindən sonra kəskinləşib.
Gərginliyin artması on minlərlə insanın didərgin düşməsinə səbəbolub və artıq vəba və denqe qızdırması epidemiyaları ilə yüklənmişsəhiyyə müəssisələrini çətin durumda qoyub.