Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq.Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətgecə 70-75 %, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında hava şəıraiti əsasən yağmursuz olacaq.Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı,qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12°isti, dağlarda gecə 7-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək istiolacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlamasıehtimalı var.