AZ

Tramp bunu sadəcə Bakı və İrəvanla edə bildi 7 yalan iddiası

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“ABŞ Prezidenti Donald Tramp yeni prezidentlik dönəmində 8 müharibəyə son qoyduğunu bildirsə də, bunlardan sadəcə Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsi real oldu”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Deutsche Welle”in məqaləsində qeyd edilir. 

Nəşr yazır ki, Trampın bitirdiyini dediyi münaqişələrdə ya müvəqqəti atəşkəs əldə olunub, daha sonra pozulub, ya da müharibələrə tam həll edilmədən sadəcə döyüşlər dayandırılıb. Lakin Azərbaycan və Ermənistan arasında 40 ilə yaxın davam edən qarşıdurmada sözün həqiqi mənasında gərginliyin azalmasına qərar verilib və real razılaşmalar əldə olunub.

Nəşrin ekspertləri ümumilikdə Trampın uzunmüddəti münaqişələrə son qoymadığını, problemin əsas səbəbinin saxlanılaraq müvəqqəti atəşkəsin əldə olunduğunu deyiblər.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
globalinfo.az

1Mənbələr