Avropa Komissiyası Gürcüstanın 2025-ci ilin sonuna qədər Aİ-dən heç bir maliyyə yardımı almayacağını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Parlamentindən jurnalistlərə bildirilib.
Məlumata görə, dəstəyin 2026-cı ildə bərpa olunması ehtimalı azdır.
Yardıma 120 milyon avro daxildir və Brüssel Gürcüstanı qeyri-demokratik hesab etdiyi üçün bu yardımı 2024-cü ildə dondurub.
Ölkənin Aİ üzvlüyünə namizəd olaraq qalmasına baxmayaraq, 2030-cu ilə qədər üzvlüyü də ehtimal olunmur.
Ekspertlər qeyd edirlər ki, buna baxmayaraq, Aİ Cənubi Qafqazda təsirini qorumağa çalışacaq və Ermənistan Brüsselin regiondakı əsas tərəfdaşı olaraq qalacaq.
Ağarza Elçinoğlu