AZ

Rusiyalı məşqçi ailəsi ilə birlikdə Münhen hava limanında saxlanıldı

ÇSKA-nın baş məşqçisi Sergey Semak ailəsi ilə birlikdə Almaniyadan vətəni Rusiyaya qayıtmaq üzrə olarkən gözləmədiyi bir hadisə ilə qarşılaşıb.

Rusiya futbolunda həm futbolçu (5 dəfə), həm də baş məşqçi (6 dəfə) kimi çempionluq sevinci yaşamış yeganə şəxs olan Sergey Semak həyat yoldaşı Anna ilə Münhendə alış-veriş etdikdən sonra Rusiyaya qayıtmaq üzrə olarkən hava limanında onları saxlayıblar.

Məsələ burasındadı ki, artıq 3,5 ildi, Rusiya vətəndaşlarının Avropa Birliyinə daxil olan ölkələrdən 300 avrodan artıq dəyərində mal aparmaları qadağandı. Bu araşdırma üzündən Semak ailəsi həm aldıqları əşyaları gətirə bilmədilər, həm külli miqdarda cərimə ödədilər, həm də təyyarəyə vaxtında minmədikləri üçün aldıqları bilet qüvvədən düşdü. Onlar pul verərək növbəti reysə yeni bilet almalı oldular.

Anna Semak hadisə ilə bağlı Rusiya mətbuatına bunları deyib:
''Əvvəlcə hər şey normal idi. Üzümüzə gülürdülər. Amma sonra hava limanının işçiləri harasa zəng vurdular. Formada olan şəxslər gəldikdən sonra ''kiçik bir problem var'' bəhanəsi ilə bizi ayrıca otağa saldılar. Onlar bizi əmin etdilər ki, təyyarəyə heç bir halda gecikməyəcəyik. Guya təyyarəyə bununla bağlı məlumat verilib və bizi istənilən halda gözləyəcəklər. Sonra isə aləm qarışdı. Hər şeyi sanki dumanda xatırlayıram. Polislər də gəldi və bir xeyli sorğu-suala tutulduq. Tez-tez ''crime'' sözü eşidirdik. Sənəddə ''günahkardı'' sözünün altına imza atmalı olduq. Həmin an özümüzü çarəsiz və köməksiz hiss etdik. Neçə saat saxlanıldığımızı bilmirik. Böyük miqdarda cərimə ödəməli olduq. Halbuki sadəcə iki cüt ayaqqabı, eynək və dəsmal almışdıq. Hələ üstəlik bunların hamısını orda saxlamalı olduq.Təyyarəyə də gecikdik. Təbii ki, bizi heç kim gözləmədi. Çünki heç kimə xəbər də verilməmişdi. Növbəti reysə çatmaq üçün əlavə ödəniş etməli olduq''.
Seçilən
143
football-plus.az

1Mənbələr