AZ

"Qara zolaq"dan çıxa bilmirik" - Pərviz Bayramov

İkinci Liqa təmsilçisi "Şirvan" yeddi turluq həsrətdən sonra qələbə qazanıb. Bölgə təmsilçisi ötən gün səfərdə "Göygöl"ə qalib gəlib (1:0). Beləliklə, debütant 6-cı pillədə mövqeyini möhkəmləndirib. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında "Göygöl"ə qaiib gəldikləri görüşü şərh edib:

"Qara zolaq"dan çıxa bilmirik. İnanıram ki, bu qələbədən sonra tilsim qırılacaq.
Oyuna yaxşı başladıq. Baxmayaraq ki, heyətdə itkilərimiz, kart cəzalılarımız var idi. Hüseyn və Kamran vərəqə səbəbindən bu oyunda bizə kömək edə bilmədi. 
Oyun üstünlüyü bizdə idi. Məqsədimiz topa sahib olmaq idi. Son oyunlarda hücum xəttində bitiriciyliyimiz çox zəifdir. Bu oyunda da çox təəssüf ki, məhsuldarlığımız yaxşı olmadı. Əlverişli imkanlarımız çox oldu, yararlana bilmədik. Yenə də uşaqlar sağ olsunlar, yaxşı oynadılar. 
Çox sevindirici hal odur ki, 17 yaşlı Kənan Rzayev ilk "11-lik"də meydana çıxdı. O, 2 ildir mənimlədir, ona inanırdım. İstəkli, döyüşkən uşaqdır.  Üzərjndə çox işlədik. İlk dəqiqələrsən şans verdim, çox yaxşı oynadı 
Son 7 turda itkilərimiz çox oldu, tam heyətdən yararlana bilmirdik. Şükürlər olsun ki, qış fasiləsi ərəfəsində son oyunumuzda - "Kür Araz"la qarşılaşmaya itkisiz çıxacağıq. İlin son matçında da qələbə qazanıb fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirik".

Mirağa

 

Seçilən
80
1
fanat.az

2Mənbələr