Bakı. Trend:
29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınmış vəistintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olanzaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu vəƏsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxıb.
Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, ittiham aktına əsasən Gündüz Abbasov və KamranƏsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahanMərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinəkömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdənmüxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər.
"Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texnikicihazlardan istifadə olunma qaydasını izah ediblər. Qeyd edək ki,bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipliayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətləkəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabınınaltlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkünolmayıb. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər(qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbiiehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığıxüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düyməhissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə,internet paylacı cihazı isə ayaqqabının daban hissəsinəyerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahanbaşlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqlagörüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonundaolan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib.Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastikkarta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefonazəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zənggəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsieşidilir.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə CinayətMəcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə GündüzAbbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədovbarəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkantədbirləri seçilib. Dekabrın 12-də Gəncə Şəhər Məhkəməsindətəqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclasıkeçirilib və onların anket məlumatları dəqiqləşdirilib, hüquqiöhdəlikləri izah edilib, həmçinin ittiham aktı ilə tanışolub-olmadıqlarını soruşub. Kamran Əsədov hakimə jurnalistlərinonun haqqında yaya biləcək informasiyanı əsas gətirərək prosesinqapalı keçirilməsi ilə bağlı vəsatət versə də, hakim bunun üçün heçbir əsasın olmadığını qeyd edib və jurnalistlərin prosesdə iştirakıtəmin edilib. Məhkəmənin baxış iclası isə 19 dekabr saat 15:00-atəyin olunub.
Qeyd edək ki, araşdırmalar davam edir. Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarıilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsilmüəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.2-ci yarımbəndinəəsasən imtahana mobil telefon və digər rabitə vasitələri,kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl,məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və yaonlardan istifadə etmək qadağandır. Abituriyentin bu Qaydaların6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəztərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğvedilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qaydapozuntularının qəbul kampaniyasının hansı mərhələsində aşkaredilməsindən asılı olmayaraq, onlar iştirakçıların müsabiqə(imtahan) nəticələrinin ləğv edilməsi üçün əsas yaradır".