AZ

 Biləsuvar gömrük postunda nə baş verir? - Naxçıvandan gələnlər saatlardır gözləyir

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlarımız Biləsuvar gömrük postunda problemlə üzləşib.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.

Bildirilib ki, Naxçıvandan gələn sərnişinlər sübh tezdən - saat 04:27-dən indiyə qədər Biləsuvar gömrük postunda qalıb.

Havanın soyuq keçməsi onların işini daha da qəlizləşdirib. Açıq havada gözləyən vətəndaşlar saatlardır açıq havada qalıblar.

Şikayətçi bildirir ki, bu barədə onlara heç bir açıqlama verilməyib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb.

Həmin görüntüləri təqdim edirik:



Seçilən
112
manset.az

1Mənbələr