Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyədə "HBO Max"da yayımlanan “Jasmine” serialı yayımdan qaldırılıb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) məlumat yayıb.
Bildirilib ki, sözügedən serial ailə mədəniyyətini hədəf alan, milli, mənəvi dəyərlərə açıq şəkildə zidd olan, qadını istismar edən, ümumi əxlaqa uyğun olmayan məzmunlar ehtiva etdiyi üçün araşdırılıb və yayımdan qaldırılıb.
Qeyd edək ki, ekran işində baş rolda aktrisa Asena Keskinci çəkilib.
“Bez Bebek” serialının “Yağmur”u kimi tanınan Asena bir müddət əvvəl ekran işinin baş rol ifaçısı olan "Nana" - Evrim Akının anasından onun həyat yoldaşının telefon nömrəsini alaraq, onları barışdıracağına söz verir. Amma sonra özü həmkarının atası ilə münasibət qurub və nikah masasına əyləşdiyini iddia edib. Asenanın bu açıqlaması Türkiyə seqmentində müzakirələrə səbəb olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.