AZ

Premyer Liqanın favoriti – Runiyə görə

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi Premyer Liqada çempionluq üçün əsas favoriti açıqlayıb.

Msport.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu titul uğrunda əsas namizədin “Arsenal” olduğunu bildirib:

“Arsenal”ı yalnız “Mançester Siti” izləyir və maraqlıdır ki, “şəhərlilər” “topçular”la rəqabət apara biləcəkmi? Ancaq burada hər şey “Arsenal”ın oyunundan asılıdır. Çünki əvvəlki mövsümlərdə də onlar lider idilər, sonradan üstünlüyü əldən verdilər”.

“Arsenal” 16 turdan sonra 36 xalla turnir cədvəlinin zirvəsindədir. İkinci pillədə qərarlaşan “Mançester Siti” ilə aradakı fərq 2 xaldır. Üçlüyü “Aston Villa” 33 xalla tamamlayır.

Runi daha əvvəl bildirib ki, o, “Aston Villa”nın çempion olacağına inanmır.

Seçilən
100
msport.az

1Mənbələr