AZ

SOCAR dəstəyi ilə BANM də əcnəbi tələbələrin təhsili genişlənir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 dekabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) 2025/2026-cı tədris ili üzrə əcnəbi tələbələrin qəbulu əhəmiyyətli dərəcədə artıb.

Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.

Bu il BANM-ə 20 ölkədən 70 tələbə qəbul olunub. Bu isə ötən illə müqayisədə 67 faiz artım deməkdir. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə qəbul olan tələbələrin sayı 33 faiz artaraq 12 nəfərə çatıb. Bu tədris ilində SOCAR–SNPC əməkdaşlığı çərçivəsində 5 konqolu xanım tələbə BANM-ə qəbul edilib və onların bütün xərcləri SNPC tərəfindən qarşılanır. Hazırda BANM-də təhsil alan Konqo vətəndaşlarının sayı 13 nəfərdir.

Tərəfdaş universitetlərlə mübadilə proqramı üzrə bu payız semestrində 10 tələbə BANM-də təhsilə başlayıb.

BANM və Özbəkistanın Daşkənd Kimya-Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında imzalanmış ikili diplom proqramları çərçivəsində 2025/2026-cı tədris ilində 16 özbək tələbə kimya mühəndisliyi ixtisasının magistratura səviyyəsinin 2-ci kursunda təhsil almaq üçün BANM-də tədrisə cəlb olunub. Bu proqram və əməkdaşlıq SOCAR-ın davamlı dəstəyinin nəticəsidir.

SOCAR və “Uzbeknefteqaz” ASC arasındakı razılığa əsasən 3 şirkət əməkdaşı BANM-in MBA proqramına qəbul olunub.

Hökumətlərarası Təqaüd Proqramı üzrə Somalidən 2, Qırğızıstandan 1 tələbə BANM-ə qəbul edilib. Bundan əlavə, SOCAR və Somali Neft İdarəsinin əməkdaşlığı çərçivəsində 3 nəfər Somali vətəndaşı təhsil və yaşayış xərcləri SOCAR tərəfindən tam qarşılanmaqla BANM-də təhsil almaq hüququ qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
135
1
azertag.az

2Mənbələr