AZ

Aİ Gürcüstana heç bir maliyyə yardımı ayırmayacaq

Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyası Gürcüstanın 2025-ci ilin sonuna qədər Aİ-dən heç bir maliyyə yardımı almayacağını açıqlayıb. 

Hafta.az xəbər verir ki, bu barədə Avropa Parlamentindən jurnalistlərə bildirilib. Məlumata görə, dəstəyin 2026-cı ildə bərpa olunması ehtimalı azdır.

Yardıma 120 milyon avro daxildir və Brüssel Gürcüstanı qeyri-demokratik hesab etdiyi üçün bu yardımı 2024-cü ildə dondurub. 

Ölkənin Aİ üzvlüyünə namizəd olaraq qalmasına baxmayaraq, 2030-cu ilə qədər üzvlüyü də ehtimal olunmur.

Ekspertlər qeyd edirlər ki, buna baxmayaraq, Aİ Cənubi Qafqazda təsirini qorumağa çalışacaq və Ermənistan Brüsselin regiondakı əsas tərəfdaşı olaraq qalacaq.

Seçilən
113
1
hafta.az

2Mənbələr