AZ

Rostov həbsxanasında üsyan CƏHDİ: Məhbuslar işçiləri girov götürmək istədi – FOTO

Rusiyada həbsxanada qanlı məhbuslar girov götürüb binanı yandırmaq istəyiblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsi məlumat yayıb. Mərkəzi Asiyadan olan məhbusların hazırladığı terror aktının qarşısı alınıb, qadağan olunmuş bayraq tapılıb.

Güc strukturları Rostov vilayətindəki cəzaçəkmə müəssisəsində Mərkəzi Asiya ölkələrindən olan məhbusların hazırladığı terror aktının qarşısını alıb.

Şübhəlilər müəssisə əməkdaşlarını girov götürməyi və binanı yandırmağı planlaşdırıblar.

Axtarış zamanı onlardan kustar üsulla hazırlanmış kəsici alətlər və üzərində terror təşkilatlarından birinin bayrağına bənzər təsvir olan parça aşkar edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
64
interpress.az

1Mənbələr