Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələri birgə iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
Layihəyə əsasən, moped sürücülərinin ictimai qaydanı pozan, qərəzli və nümayişkaranə hərəkətləri – sürət yarışları, təkərlərin yol səthindən qaldırılması, təkərlərin sürtünmə səsi çıxarması və s. – cərimələnəcək.
Cərimələr və sanksiyalar belədir:
İlk dəfə törədilən hərəkət: 500–750 manat və ya 15 gündən 1 ayadək inzibati həbs, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırıla bilər.
Təkrar pozuntu: 750–1000 manat və ya 1–2 ay inzibati həbs, idarəetmə hüququ 2 il məhdudlaşdırılacaq.
60 km/saatdan artıq sürətlə törədilən hərəkət: 2–4 min manat və ya 1–2 ay inzibati həbs, idarəetmə hüququ 2 il məhdudlaşdırılacaq.
Layihə qəbul edildiyi halda, avtoxuliqanlıq hallarına qarşı ciddi inzibati nəzarət gücləndiriləcək.
Gülnar