AZ

"Qadınlar və gənclər üçün inklüziv təşəbbüslər genişləndiriləcək" - QHT sədri

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında bildirib ki, təşkilatın 2026-cı il üçün əsas prioritetləri institusional inkişafın gücləndirilməsi, həyata keçirilən layihələrin davamlılığının təmin edilməsi və fəaliyyətin təsir dairəsinin genişləndirilməsidir.

Onun sözlərinə görə, eyni zamanda rəqəmsal alətlərin tətbiqi, gənclərin və qadınların fəallığının artırılması, eləcə də dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın möhkəmləndirilməsi əsas hədəflər sırasında yer alır:

"2025-ci ildə çalışdığımız sahə üzrə ictimai həssaslığın artdığını və problemlərə daha açıq yanaşmanın formalaşdığını müşahidə etdik. Yeni təşəbbüslər, maarifləndirici kampaniyalar və institusional əməkdaşlıqlar nəticəsində həm ictimai müzakirələrin miqyası genişləndi, həm də praktik nəticələr əldə olundu. Bu da göstərir ki, vətəndaş cəmiyyəti ölkəmizin sosial inkişafında mühüm rol oynamağa davam edir".

Seçilən
53
qht.az

1Mənbələr