AZ

Qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir



“Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə növbəti səfəri, eləcə də Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin regionda stabilliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir, siyasi iradə və qarşılıqlı etimad münasibətlərini dərinləşdirir”.

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir, iqtisadi, siyasi və humanitar əməkdaşlıq üçün geniş imkanlar yaradır:

“Siyasət, iqtisadiyyat, ticarət, enerji və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini təmin edir, qarşılıqlı faydalı layihələrin daha səmərəli və davamlı şəkildə həyata keçirilməsi üçün təkmil hüquqi və institusional zəmin yaradır. Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkə arasında etimadın artırılmasına, qarşılıqlı dialoqun intensivləşdirilməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə imkan verir”.

Süleyman
Seçilən
126
1
newscenter.az

2Mənbələr