AZ

Azərbaycan və BMT arasında Dayanıqlı İnkişaf üzrə əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Dekabrın 17-də Azərbaycan Respublikasının maliyyə naziri SahilBabayev BMT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyininrezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı səlahiyyətmüddətinin bitməsi münasibətilə qəbul edib.

Trend xəbər verir ki, bubarədə Maliyyə Nazirliyi məlumat yayıb.

Görüşdə cari ilin oktyabr ayında Azərbaycan RespublikasıHökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçünDayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ətrafındafikir mübadiləsi aparılıb. Sənədin milli inkişaf prioritetlərinə vəDayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə uyğunluğu, eləcə də onunpraktiki nəticələrə çevrilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıqşəraitində hazırlanmış Çərçivə Sənədi “2022–2026 Sosial-İqtisadiİnkişaf Strategiyası”na uyğun olaraq Azərbaycanda inklüziv iqtisadiartımın təşviqi, insan inkişafının gücləndirilməsi, iqlim vəekoloji dayanıqlığın artırılması, eləcə də “yaşıl artım” vəədalətli keçid məqsədlərinə xidmət edən əsas platforma rolunuoynayacaq.

Nazir Sahil Babayev Azərbaycanın milli inkişaf gündəliyinin vədayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində BMT-ninmüxtəlif ixtisaslaşmış qurumları ilə formalaşmış çoxşaxəlitərəfdaşlığının əhəmiyyətli rol oynadığını vurğulayıb, həmçinin butərəfdaşlığın daha da genişləndirilməsi və təşəbbüslərin səmərəliicrası istiqamətində Azərbaycanın mövcud prioritetlərini qarşıtərəfin diqqətinə çatdırıb.

Xanım V. Andreyeva Azərbaycanda dörd il yarımdan artıq davamedən səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi iləAzərbaycan Hökuməti arasında formalaşmış yüksək səviyyəlitərəfdaşlığa və əməkdaşlığa görə təşəkkürünü bildirib. O, buəməkdaşlığın Azərbaycanda milli inkişaf gündəliyinin və dayanıqlıinkişaf məqsədlərinin icrasında mühüm rol oynadığını qeyd edərək,BMT-nin Azərbaycanla əməkdaşlığının, xüsusilə də “2026–2030-cuilləri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair ÇərçivəSənədi”nin icrası vasitəsilə davam etdirilməsinə sadiqliyini birdaha vurğulayıb.

Sonda nazir S. Babayev rezident əlaqələndiricinin fəaliyyətidövründə BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafınaverdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək işlərindəuğurlar arzulayıb.

Məqalədə:
Seçilən
107
12
az.trend.az

10Mənbələr