AZ

"Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır" -Deputat

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.

Bəs qadağadan sonra qanunsuz satışlar olarsa, hansı tədbirlər görüləcək?

Redaktor.az-a açıqlama verən Milli Məclisin komitə sədri, deputat Fazil Mustafanın sözlərinə görə, elektron siqaret ləğv olunandan sonra nəzarət mexanizmi də müvafiq icra hakimiyyəti orqanına tapşırılacaq:

"Hər hansı bir şəkildə onun satışı, istehsalı və başqa idxal-ixracına kimlərsə artıq davam edəcəksə, məsuliyyət məsələsi də qanunvericilikdə nəzərdə tutulacaq. Məsuliyyət qanun qəbul olunandan sonra İnzibati Xətalar Məcəlləsində olacaq və bu istiqamətdə yəqin ki, müəyyən açıqlamalar da qısa müddətdə veriləcək. Çünki hər hansı bir məsələdə qadağa varsa, mütləq orada müəyyən məsuliyyət məsələsinin qoyulması zəruridir".

Aytəkin TOFİQQIZI

Seçilən
104
1
redaktor.az

2Mənbələr