PSJ futbolçusu İbrahim Mbaye ilə olan mövcud müqaviləni uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu 2027-ci ildə sözləşməsi başa çatacaq futbolçuya daha bir illik müqavilə uzatmaq təklif edib və müsbət cavab alıb.
Fransa klubu Mbayeyə olan etimadı nəzərə alaraq, sözləşmənin müddətini 2028-ci ilə qədər uzadıb.
17 yaşlı vingerin əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.