AZ

Hacıqabulda 61 yaşlı kişi ailəsinin dağılmasında bacılarını günahkar bildi MƏHKƏMƏ

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hacıqabul rayonunda 1964-cü il təvəllüdlü Məhəmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısı Tahirəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 17 iyun 2025-ci ildə rayonun Muğan qəsəbəsində baş verib. Məhəmməd yaşadığı evdə bacısı Tahirə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış münaqişə zamanı bacısını əlində olan dəmir parçası ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə Tahirənin ailəsi vəfat etdiyindən hazırda anası Fatimə ilə birlikdə yaşayır: “İyunun 17-də, saat 17 radələrində evdə olarkən Saatlı rayonunda yaşayan digər bacım və oğlu anamgilə gəldi. Ailəmin dağılması onların qeybəti ucbatından olduğundan onların yanına getdim. Onlardan nə üçün mənim ailəm barədə qeybət etmələrini soruşdum. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı əlimdə olan dəmir armatur ilə bacım Tahirənin qolundan vurdum. Bundan sonra oradan getdim”. Bu cinayət işinə Hacıqabul Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş də məhkəməyə ərizə təqdim edərək bu halı təsdiq edib. Məhkəmənin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
demokrat.az

1Mənbələr