AZ

Bakıda sürücü kobud qayda pozdu Dairəyə əks istiqamətdən daxil oldu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 17-də saat 08:03 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 77-UX-722 dövlət nömrə nişanlı “KIA Forte” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil olunmuş yolayrıcına əks istiqamətdən daxil olub. Xoşbəxtlikdən həmin an dairə boyunca digər nəqliyyat vasitələri olmayıb, əks halda qəza qaçılmaz olardı.

Qeyd edək ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcılarda sürücülər yalnız istiqamət üzrə hərəkət etməli, əks istiqamətə daxil olmamalıdırlar. Belə hallardan qaçmaq üçün sürücülər əvvəlcədən yol nişanlarına və hərəkət istiqamətinə diqqət yetirməlidirlər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
avtosfer.az

1Mənbələr