AZ

Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir

Azərbaycan futbol liqalarında çalışan baş məşqçilərin lisenziya növləri ilə bağlı statistika açıqlanıb.

Apasport.az xəbər verir ki, Premyer Liqa klublarında üstünlük UEFA PRO lisenziyasına malik mütəxəssislərdədir.

Yüksək liqada çıxış edən komandalardan 8-nin baş məşqçisi UEFA PRO, 2-si UEFA A lisenziyasına sahibdir. 

I Liqa klublarında isə daha müxtəlif mənzərə müşahidə olunur. Bu liqada 5 məşqçi UEFA A, 3 məşqçi UEFA B, 2 məşqçi isə UEFA PRO lisenziyası ilə fəaliyyət göstərir.

II Liqada çalışan mütəxəssislər arasında UEFA B lisenziyalı məşqçilər üstünlük təşkil edir. Aşağı liqada 3 məşqçi UEFA B, 2 məşqçi UEFA A, 1 məşqçi isə UEFA PRO lisenziyasına malikdir.

“Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir

2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib

I Liqada XI tura start veriləcək

"Qalatasaray"ı dayandıracaq tək məşqçi Qurban Qurbanovdur" - VİDEO

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib

Seçilən
125
1
apasport.az

2Mənbələr