AZ

“Neftçi” futbolçularına 18 milyon manatdan çox maaş verib

Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümündə klubların futbolçularına ödədikləri əməkhaqqları açqlanıb.

Msport.az xəbər verir ki, bu, AFFA-nın Klubların Lisenziyalaşdırılması üzrə hesabatında yer alıb.

Ötən mövsüm oyunçuların ən çox maaş verən klub 18,287,111 manatla “Neftçi” olub. Maraqlıdır ki, “ağ-qaralar” çempionatı 6-cı yerdə başa vurublar. Qarabağ” – 13,878, 800 manatla 2-ci, “Sabah” isə 8,911, 200 manatla 3-cü olub.

Ötən mövsüm Premyer Liqada çıxış edən klubların futbolçularına ödədikləri əməkhaqqının məbləği və tutuduqları yerlər
● “Neftçi” – 18,287,111 manat (6-cı yer)
● “Qarabağ” – 13,878, 800 manat (1-ci yer)
● “Sabah” – 8,911, 200 manat (5-ci yer)
● “Sumqayıt” – 4, 431, 100 manat (8-ci yer)
● “Səbail” – 4,385, 800 manat (sonuncu yer)
● “Zirə” – 4, 287, 627 manat (2-ci yer)
● “Araz-Naxçıvan” – 3, 619, 200 manat (3-cü yer)
● “Turan Tovuz” – 2, 613, 900 manat (4-cü yer)
● “Kəpəz” – 1, 754, 700 manat (9-cu yer)
● “Şamaxı” – 1, 004, 300 manat (7-ci yer)
Seçilən
99
msport.az

1Mənbələr