
NATO baş katibinin müavini Radmila Şekerinska dekabrın 18-də Ermənistana səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytının məlumat yayıb.
Bildirilib ki, o, İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, xarici İşlər naziri Ararat Mirzoyan və Müdafiə naziri Suren Papikyanla görüşəcək.
Qeyd olunub ki, Şekerinska həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri və NATO müttəfiqlərinin səfirləri ilə görüşəcək.
Daşqın HəsənovMissiya.Az