AZ

Kökəltmə üçün idxal olunan heyvanlar ƏDV-dən azad edilə bilər - Müşavir

Bakı. Trend:

Azərbaycanda heyvandarlıq sektorunda istehsal xərclərininazaldılması məqsədilə kökəltmə üçün idxal olunan gənc heyvanlarınəlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı təşəbbüsgündəmdədir.

Trend xəbərverir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bugün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və KOBİA-nıntəşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcudproblemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərinqiymətləndirilməsi” mövzusunda ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, kökəltmə məqsədilə idxal edilən gəncheyvanların həm gömrük rüsumundan, həm də ƏDV-dən azad olunmasıistehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.

O həmçinin qeyd edib ki, gömrük rüsumu ilə bağlı sənəd artıqmüvafiq mərhələdədir və imzalanması gözlənilir:

"ƏDV məsələsinin isə kənd təsərrüfatının ümumi vergi rejimi üzrənəzərdə tutulan islahatlar çərçivəsində dəyərləndirilir, buistiqamətdə aidiyyəti qurumlarla müzakirələr aparılır və qərarınvergi islahatları paketində əks olunması planlaşdırılır.

Azərbaycanda heyvandarlıq sahəsinə investisiya qoyuluşunustimullaşdırmaq məqsədilə yeni maliyyə mexanizmlərinin tətbiqinəzərdə də tutulur. Bu məqsədlə kredit faizlərinin müəyyənhissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması, eləcə dəinvestisiya layihələrinin dəyərinin bir hissəsinin birbaşa maliyyədəstəyi ilə qarşılanması planlaşdırılır".

Seçilən
119
az.trend.az

1Mənbələr