AZ

Rusiyadan Zaporojyeyə hücum – 26 yaralı var


Dekabrın 17-də Rusiya qoşunları Zaporojyedəki yaşayış binalarına hücum edib.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.
Onun sözlərinə görə, Rusiya qoşunları idarə olunan bombalarla üç zərbə endirib.
Zaporojyedə iki yaşayış binasına ziyan dəyib. Bundan əlavə, bir infrastruktur obyektinə və bir təhsil müəssisəsinə hücum olub.
Fyodorovun dediyinə görə, hücumda bir uşaq da daxil olmaqla yaralananların sayı 26-ya çatıb.
İlkin məlumatlara görə, dağıntılar altında insanların qalmaq ehtimalı var.
Yaralıların hamısına lazımi tibbi yardım göstərilir.



Seçilən
48
1
yeniavaz.com

3Mənbələr