AZ

“Vaşinqton görüşü regionda dinc mühit yaradıb” Ermənistanın İrandakı səfiri

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Ermənistan, Bakı və İrəvan arasında əldə edilən sülhün institutlaşdırılmasında İran da daxil olmaqla beynəlxalq tərəfdaşların fəal dəstəyini və səylərini yüksək qiymətləndirir”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfiri Qriqor Akobyan “Tasnim” agentliyinə müsahibəsində deyib.

O, son aylarda Ermənistan və Azərbaycan arasında sülh prosesində olduqca mühüm irəliləyişlərin qeydə alındığını bildirib, 8 avqustunda Vaşinqtonda xarici işlər nazirləri tərəfindən sülh sazişinin paraflanmasına diqqət çəkib.

Səfir Akobyan xatırladıb ki, bu sənədlə tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini tanıdıqlarını təsdiqləyiblər. Bundan əlavə, tərəflərin gələcəkdə bir-birinə qarşı heç bir ərazi iddiası irəli sürmədikləri və irəli sürməyəcəkləri açıq şəkildə bildirilib.

O,  ATƏT-in Minsk prosesi strukturlarının ləğvinə toxunaraq vurğulayıb ki, bu, münaqişənin ən yüksək səviyyədə rəsmi şəkildə başa çatdığını təsdiqlədi.  Əlavə edib ki, Vaşinqtonda üçtərəfli razılaşmaların əsas istiqamətlərindən biri də regionda kommunikasiya kanallarının açılması ilə bağlı idi.

“Bu gün artıq qeyd edə bilərik ki, Ermənistan, Azərbaycan və ABŞ liderlərinin Vaşinqtonda görüşü və sülh müqaviləsinin paraflanması sülh gündəliyində ciddi  müsbət dəyişikliyi təmin edib, təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə azaldıb və regionumuzda faktiki olaraq dinc mühit yaradıb”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
525.az

1Mənbələr