AZ

8-ci km bazarında balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb (FOTO)

Bakı.Trend:

Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 8-ci kmərazisində fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Fəxrəddin Əlipaşaoğluna məxsus “Kəngərli” bazarında balıq kürüsü və diri balıqsatışına nəzarət tədbirləri həyata keçirilib.

Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin yoxlaması zamanıkürü məhsullarının üzərində etiket məlumatlarının mövcud olmadığı,yəni məhsulun və istehsalçının adı, istehsal və son istifadətarixləri barədə məlumatların olmadığı müəyyən edilib.

Həmçinin, bazarda satılan balıq və balıq kürüsünün keyfiyyətinivə təhlükəsizliyini təsdiq edən baytarlıq və müşayiətedici sənədləryoxlama zamanı təqdim olunmayıb. Müəyyən edilib ki, normativtələblərə əsasən 0–2 °C temperaturda saxlanılmalı olan balıq kürüsüfaktiki olaraq 9.3 °C temperaturda saxlanılaraq satışaçıxarılıb.

Eyni zamanda bazarda digər satış məntəqələrinə də baxış zamanıdiri balıqların saxlanıldığı su hovuzlarının sanitariya-gigiyenikvəziyyətinin qənaətbəxş olmadığı, ölü balıqların vaxtındahovuzlardan kənarlaşdırılmadığı, suyun çirkli, bulanıq və qoxuluolduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sahibkar barəsindəinzibati xəta haqqında protokol tərtib edilib, balıq kürüsündənnümunələr götürülərək laborator müayinələrə cəlb olunub.Araşdırmaların nəticələrinə əsasən qanunvericiliyə uyğun müvafiqtədbirlərin görülməsi təmin ediləcək.

Qeydə alınan nöqsanlar insan həyat və sağlamlığı ciddi riskləryaradır. Xüsusi riskli qida məhsullarının antisanitar və tələblərəuyğun olmayan şəraitdə satışı yolverilməzdir. Bazar sahibləri ərzaqbazarlarında təcili sağlamlaşdırıcı tədbirlər həyatakeçirməlidirlər.

8-ci
8-ci
8-ci
8-ci
8-ci
Məqalədə:
Seçilən
77
17
az.trend.az

10Mənbələr