AZ

Çörəyim səhnədən çıxır Yaşar Nurinin qızı cavab verdi

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xalq artisti, mərhum Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. İzləyicilərin onu tənqid etməsinə səbəb bacısı Ülviyyə vəfat edəndən bir neçə gün sonra efirdə görünməsi olub.

Müğənni Qaynarinfo-ya açıqlamasında onu tənqid edənlərə cavab verərək, çörəyinin səhnədən çıxdığını bildirib:

"Məni tənqid edənlərin hər birinin cavabını verdim. Adamlar vardı ki, yaxşı sözlər danışmırdı. Onları eşitdim, cavablarını verdim. Bu məsələdə məni dəstəkləyən çoxdur. Hər şeyi görən, bilən Allahdır. Biz səhnə, sənət adamlarıyıq, işimiz budur. Mən gedib toylarda şıllaq atmamışam, sadəcə çörəyim səhnədən çıxır. Kimsə kimisə qınayırsa, onun ürəyindən su içsin”.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
120
qaynarinfo.az

1Mənbələr