AZ

Avropalı liderləri Napoleonla müqayisə etdi

İtaliya Baş nazir müavini və Nəqliyyat-İnfrastruktur naziri Matteo Salvini Avropa İttifaqının Rusiya siyasətini tənqid edərək bildirib ki, Hitler və Napoleon Rusiyaya yürüşləri ilə Moskvanı diz çökdürə bilməyiblərsə, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kallasın, eləcə də Fransa, İngiltərə və Almaniya liderlərinin də buna nail olması o qədər də mümkün görünmür.

"Cebheinfo.az" xəbər verir ki, keçmişdə Rusiyaya etdiyi səfərlər və bu ölkəyə yaxın açıqlamaları ilə tanınan, zaman-zaman Ukraynaya edilən silah yardımlarının müharibəni uzatdığını deyən iqtidar ortağı ifrat sağçı Liqa Partiyasının lideri Salvininin qatıldığı televiziya proqramında səsləndirdiyi fikirlər İtaliyada müzakirələrə səbəb olub.

Salvini özünün Rusiya Prezidenti Vladimir Putin tərəfdarı olub-olmaması ilə bağlı suala belə cavab verib:

“Mən İtaliya tərəfdarıyam. Məni Putinin, Trampın, Orbanın tərəfdarı olmaqda günahlandırdılar. Amma mən italyanların səsləri ilə seçilmiş Baş nazir müaviniyəm və İtaliyalılara xidmət edən yolları, dəmir yollarını və körpüləri təhlükəsiz hala gətirməyə çalışan infrastruktur naziriyəm. Mən nə Putinin, nə də Zelenskinin tərəfdarıyam. Mən sülhün və İtaliyanın yanındayam”.

Salvini əlavə edib ki, Putini diz çökdürmək məqsədilə Aİ-nin tətbiq etdiyi 19 sanksiya əslində Qərb iqtisadiyyatlarını çökdürüb və bunun təsiri elektrik enerjisi haqlarında açıq şəkildə hiss olunur:

“Deyirəm ki, yeni silahlar, Avropanın yenidən silahlanması və ya Avropa ordusu barədə danışmazdan əvvəl ehtiyatlı olun. Əgər Hitler və Napoleon Rusiyaya yürüşləri ilə Moskvanı diz çökdürə bilməyiblərsə, Kaya Kallasın, Makronun, Starmerin və Mertsin də buna nail olması mümkün deyil”.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Salvininin açıqlamalarını təqdir edərək, “Müqayisə doğrudur, nəticə isə mübahisəsizdir” deyə şərh verib.

Seçilən
85
cebheinfo.az

1Mənbələr