AZ

“Sabah” – “Qarabağ” oyununun hakimləri məlum oldu

Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah” – “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, Masazırda keçiriləcək qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.

18 dekabr (cümə axşamı)

19:30. “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”

Seçilən
5
1
msport.az

2Mənbələr