Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı yeni addım atılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Güllünün bacı-qardaşları prokurorluğa qızının, oğlunun və keçmiş ərinin Güllünü miras üçün öldürdüyünü iddia edərək cinayət işi açıblar.
Müəyyən edilib ki, Güllünün qızı Tuğyan Ülkem Gülter və oğlu Tuğberk Yağız Gülter sənətçinin bankdakı pulunu onun şəxsi hesabından çıxarıb və ölümündən dörd gün sonra onun həyat sığortası ödənişini almaq üçün banka müraciət ediblər.