AZ

Rusiya Ukraynanın bu şəhərini də ƏLƏ KEÇİRDİ

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində yerləşən Kupyansk şəhərinin ələ keçirildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, nazirliyin yekun kollegiya iclasında çıxış edən Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, şəhər “Qərb” qoşun qruplaşması tərəfindən nəzarətə götürülüb. Onun sözlərinə görə, Kupyansk Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsas təchizat marşrutlarından biri olub və şəhərin tutulması Xarkov vilayətində “təhlükəsizlik zolağının genişləndirilməsinə”, həmçinin Luqansk vilayətinin atəşə tutulması riskinin azaldılmasına imkan verəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da iki dəfə prezident Vladimir Putinə Kupyanskın ələ keçirilməsi barədə məruzə etmişdi. Lakin Ukrayna prezidenti Volodimir Zelenski bu məlumatı təkzib edərək, 12 dekabr tarixində Kupyansk ətrafında çəkildiyi iddia olunan video yayımlayıb.

Ukraynanın rəsmi güc strukturları, müstəqil monitorinq qrupları və eyni zamanda bəzi rusiyalı “hərbi bloqerlər” (voenkorlar) Kupyansk ərazisində təxminən 200 Rusiya hərbçisinin mühasirəyə düşdüyü barədə məlumat yayıblar.

Hazırda tərəflərin verdiyi məlumatlar bir-birini təkzib edir və bölgədəki real vəziyyətlə bağlı müstəqil təsdiq yoxdur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
125
konkret.az

1Mənbələr