AZ

Moskva ABŞ və Avropadan açıqlama gözləyir – Peskov DANIŞDI

Moskva ABŞ-ın Avropa tərəfdaşları və Kiyev ilə Rusiya–Ukrayna münaqişəsinin nizamlanması üzrə apardığı işlərin nəticələri barədə hazır olduqca məlumat təqdim edəcəyini gözləyir.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Ukrayna ərazisində Qərb hərbi kontingentlərinin yerləşdirilməsi məsələsində Moskvanın mövqeyi dəyişməz qalır və yaxşı məlumdur.

“Hazırda nizamlanmanın hər hansı mövzularını və ya ayrı-ayrı bəndlərini mətbuat vasitəsilə müzakirə etməyəcəyik. Ukraynada xarici hərbi kontingentlərin yerləşdirilməsinə gəldikdə isə, mövqeyimiz həm prezident, həm də digər işçi səviyyələrdə dəfələrlə ifadə olunub, bu mövqe ardıcıl və aydındır”, — deyə Kreml nümayəndəsi bildirib.

Dmitri Peskov bu fikirləri, Ukraynada xarici qüvvələrin yerləşdirilməsinin mümkünlüyü ilə bağlı “istəklilər koalisiyası”nın təşəbbüsünə dair sualı şərh edərkən səsləndirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
107
1
konkret.az

2Mənbələr