AZ

I Liqa: “Zaqatala”dan gözlənilməz məğlubiyyət

Azərbaycan I Liqasında XI tura start verilib. .

Msport.az xəbər verir ki, turun ilk günündə “Zaqatala” doğma meydanda MOİK-i, “Şimal” isə “Baku Sporttinq”i qəbul edib..

“Zaqatala” gözlənilmədən öz meydanında 1:3 hesabı ilə məğlub olub. “Hərbçilər”in heyətində Meydan sahibləri paytaxt təmsilşisi ilə görüşdən məğlub ayrılıb. Hər iki komanda oyunu tam heyətlə başa vura bilməyib. “Zaqatala”nın legioneri Habibu Abdurəşid 53-cü dəqiqədə qırmızı vərəqə alıb. MOİK-də isə 63-cü dəqiqədə Nihad Qurbanlı meydandan qovulub. Qonaqların heyətində Seyxan Fərəcov dubl edib.

Günün ikinci oyununda isə “Baku Sportinq” səfərdə aşkar autsayder “Şimal”lı çətinliklə məğlub edib – 1:0.  Bakılıların yeganə qolunu 9-cu dəqiqədə İlham Allahverdiyev penaltidən vurub.

Qeyd  “Difai” – “Mingəçevir” və “Şahdağ Qusar” – “Səbail” oyunları sabah, “Cəbrayıl” – “Şəfa” görüşü isə 19 dekabrda dekabrın 19-da keçiriləcək.

Azərbaycan I Liqası
XI tur
17 dekabr

“Zaqatala” – MOİK 1:3
Qollar
: Rəhman Şabanov, 65 – Seyxan Fərəcov, 25, 90+5, Zeynəddin Abdurahmanov, 47.

“Şimal” – “Baku Sportinq” 0:1
Qollar: İlham Allahverdiyev, 9-pen.

Seçilən
60
msport.az

1Mənbələr