AZ

Türkiyə klubu 2 ay öncə anlaşdığı məşqçi ilə vidalaşmaq üzrədi

Türkiyə çempionatından istefa və yeni təyinatlarla bağlı xəbərlər ildırım sürəti ilə bir-birini əvəzləməkdə davam edir.

Məlum olduğu kimi ötən həftəsonu keçirilən 16-cı tur daha bir istefa - Burak Yılmazın ''Qaziantep''dən ayrılması ilə nəticələndi. Bu, cari mövsümdəki 14-cü istefa oldu. Antep klubu hələ ki, yeni məşqçi tapmayıb.

Bu arada 15-ci istefa xəbəri Erol Bulutdan gələ bilər. ''Antalyaspor'' rəhbərliyi bu təcrübəli mütəxəssisdən narazıdı və onunla hər an yollar ayrıla bilər. Qeyd edək ki,Antalya təmsilçisi artıq bir məşqçi dəyişikliyinə gedib. Komanda mövsümə Əmrə Belözoğluyla başlamış və sonradan onunla yollar ayrılmışdı. Daha öncə ''Fənərbaxça''da da işləmiş Bulut bu vəzifəyə oktyabrın 13-də gətirilmişdi. Bu iki ay ərzində ''Antalyaspor'' onun başçılığı altında keçirdiyi 10 rəsmi oyundan 3 qələbə, 2 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb.

Maraqlıdı ki, ''Antalyaspor''un Burak Yılmaza təklif göndərdiyi iddia edilib. Əslən Antalyadan olan Yılmaz məhz bu klubun yetirməsidi. Amma o, ''Qaziantep''dən yenicə ayrıldığını və bir müddət dincəlmək istədiyini deyərək təklifi geri çevirib.

Seçilən
106
football-plus.az

1Mənbələr