Yaxın vaxtlarda bölgələrdə Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələri tam istehsal gücü ilə fəaliyyətə başlayacaq.
“Poliqon”un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, MSN müəssisələrində hərbi təyinatlı məmulatların istehsalı üzrə genişmiqyaslı işlər aparılır.
Bildirilib ki, son illər dövlətin dəstəyi ilə respublikanın regionlarında MSN-in yeni texnologiyalara əsaslanan müasir avadanlıqlarla təchiz olunmuş istehsal müəssisələri inşa edilib. Çox qısa zamanda həmin müəssisələr tam istehsal gücü ilə fəaliyyətə başlayacaq.
Qeyd olunub ki, müəssisələrə regionlardan yeni kadr resursları da cəlb edilib.