AZ

Bakıda 31 yaşlı qadın dəm qazından boğuldu

Bakıda 31 yaşlı qadın dəm qazından boğulub.

Hadisə dekabrın 16-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından boğulub.

Yaxınları səhər saatlarında onun meyitini hamamda aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
111
7news.az

1Mənbələr