AZ

Culfada elektrik enerjisində üç saatlıq fasilə olacaq

Sabah, dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq. Bu barədə "Report" yerli bürosuna istinadən xəbər verir.

Məlumata görə, Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 №-li (Neftibaza–FHN) və 7 №-li (Şəhər) hava xətlərində təmir işləri və yeni yarımstansiyaya qoşulma işləri aparılacaq. Fasilə saat 10:00-dan 13:00-dək davam edəcək.

Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa olunacaq.

Seçilən
88
9
anews.az

10Mənbələr