“Atletiko”nun kapitanı Koke Madrid klubundan ayrılmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi MLS-də çıxış edən “İnter Mayami”yə transfer oluna bilər. Lionel Messi Kokenin komandaya qatılmasını şəxsən istəyir və onu Busketsin əvəzedicisi kimi görür.
Koke bu mövsüm 22 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.