AZ

“İstəyərəm ki, “Qarabağ” asan qələbə qazanmasın” niyə?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Sabah” Misli premyer-liqasında “qış çempionu”nun adına aydınlıq gələ bilər. Axı 1-ci turdan təxirə salınan “Sabah” – “Qarabağ” oyunu keçiriləcək. Bəs “Qarabağ”ın əsas fanklubu “İmarət Tayfa” Masazıra neçə nəfərlə yollanacaq, rəqibin azarkeşlərini susdura biləcəkmi? “Football-plus.az” bu sualı azarkeş qrupunun rəhbəri Elnur Quliyevə ünvanlayıb:

“Əvvəlcə onu deyim ki, çempionatın rəqabətli olması məni çox sevindirir. İstəyərəm ki, əvvəlki kimi “Xəzər Lənkəran”, “Bakı” olaydı, “Karvan”, “Neftçi” güclü olaydı. Rəqabət olan yerdə çempionat da maraqlı olur, azarkeş sayı da artır. İstəyərəm ki, bütün komandalar oynasın, güclü olsun, “Qarabağ” asanlıqla çempion olmasın. Sabahkı oyuna gəlincə, say baxımından konkret rəqəm deyə bilməyəcəm. Rəsmi qurum deyilik. Heç kim qarşısında öhdəliyimiz yoxdu. Öhdəliyimiz mənəvidi, o da “Qarabağ” qarşısında. Amma köhnə və təzə “İmarət”çilər maksimum sayda gəlməyə çalışacaq. Kimin ürəyindən keçsə, gəlsin”.

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
1
icma.az

2Mənbələr